Parad
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur
İyunun 26-da Azərbayanda Silahlı Qüvvələr Günü qeyd olunur. Ölkə prezidentinin 1998-ci il 22 may tarixli fərmanı ilə bu gün qeyri-iş günü elan edilib.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə nizami ordu hissəsi - Əlahiddə Azərbaycan korpusu yaradılıb ki, bu da Silahlı Qüvvələrin yaradılması üçün zəmin təşkil edib.
1998-ci ilədək Silahlı Qüvvələr Günü oktyabrın 9-da qeyd olunurdu. 1991-ci il həmin gün Ali Sovet milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında qanun qəbul edib.
1992-ci oktyabrın 9-da müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq hərbi parad keçirilib.
İkinci parad 2008-ci il iyunun 26-da "Azadlıq" meydanında milli ordunun 90 illiyi münasibətilə keçirilib. Tədbirdə 4510 hərbçi, onlarla müxtəlif növ hərbi texnika iştirak edib.
Üçüncü hərbi parad 2011-ci il iyunun 26-da keçirilib və Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub. Paradda 6 minə yaxın hərbçi iştirak edib.
Dördüncü parad 2013-cü il iyunun 26-da keçirilib və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümünə həsr olunub.
2016-cı il üçün Silahlı Qüvvələrin sayı 66 950 min nəfər təşkil edib. Bunun 56 850-i quru qoşunlarında, 2 200-ü HDD, 7 900-ü HHQ-dədir. -0-
-
- Dünyada
- 26 İyun 2017 09:10
-
- Foto sessiyalar
- 26 İyun 2017 12:40
Siyasət
-
Yanvarın 21-də Bakıda Qarabağ separatçılarının cinayət işi üzrə hazırlıq iclası davam edib.
-
ABŞ-ın yeni administrasiyası Vladimir Putinin Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlar aparmaqdan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların tətbiqini istisna etmir, Turan-ın Vasinqton müxbiri bildirib.
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirakı çərçivəsində İsrail Dövlətinin Prezidenti İsaak Hersoq ilə görüşüb.
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.
Rəy yaz