Baş nazirin müavini paytaxtın kanalizasiya sistemi haqqında

Bakı/09.05.17/Turan: Paytaxtda yağış kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədilə 12 layihənin həyata keçirilməsinə başlanılıb, bu barədə jurnalistlərlə söhbətində baş nazirin müavini Abid Şərifov bildirib.

Ümumilikdə 14 belə layihə həyata keçiriləcək, deyə o bildirib. Bu məqsədlə 14,2 mln. manat ayrılıb, deyə Şərifov qeyd edib.

Xatırladaq ki, ötən il leysan yağışları nəticəsində Bakıda tikintisinə on milyonlarla manat xərclənən bir sıra yeni yolları və tunelləri su basıb.

Bundan sonra dövlət başçısı bunun səbəblərinin araşdırılması və aradan qadırılması üçün komissiya yaradıb. Komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təyin edilib. -02D-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti