Berlin Azərbaycandan qaz nəqlinə kredit ayırır
Bakı/06.03.18/Turan: Almaniya hökuməti Azərbaycandan qaz nəqlinin təminatı məqsədilə dövlət müəssisəsinə (SOCAR) böyük həcmdə kreditin ayrılması üçün Almaniya bankına zəmanət vermək niyyətindədir.
Bu barədə martın 6-da dpa agentliyi AFR Maliyyə Nazirliyinin nümayəndəsi Yens Şpanın məktubuna istinadən bildirib. O, məktubu Bundestaqın Büdcə Komitəsinə göndərib.
Kreditin həcmi 1,5 mlrd. dollar (1,2 mlrd. avro) təşkil edir. "Bu qaz nəqli Avropa və Almaniyanın qaz təchizatının təminatına mühüm töhfə olmalıdır", - dpa Y.Şpanın məktubundan sitat gətirib.
Hələ 2013-cü ildə E.on energetika konserni Azərbaycan ilə Xəzər dənizində yataqdan təbii qazın nəqlinə dair uzunmüddətli müqavilə bağlayıb. Saziş 2020-ci ildən 2044-cü ilədək olan dövrdə hər il Almaniya şirkətinin 1,45 mlrd. kubmetr "mavi yanacaq" almasını nəzərdə tutur.-02D-
-
- Cəmiyyət
- 6 Mart 2018 11:14
-
- İqtisadiyyat
- 6 Mart 2018 11:32
Siyasət
-
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin ən az 52 nəfərin həlak olması ilə nəticələnən aviazərbələrindən sonra Livanın şimal-şərqində xilasedicilər sağ qalanları tapmağa tələsirlər. Cümə günü axşam endirilən zərbələr Livanın Bekaa vadisini hədəf alıb, bu da təxliyəyə səbəb olub və bir neçə binanı xarabalığa çevirib, bu bölgə üzərində tüstü görünür.
-
"Abzas Media işi" üzrə həbs edilən bütün şəxslərin müdafiə hüququ pozulur və cinayət işinin içərisində olan video materialların surətləri qanunsuz olaraq müdafiə tərəfinə təqdim edilmir. Bu barədə Abzas Media-nın baş redaktoru Sevinc Vaqifqızının hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov bildirib.
-
Oktyabrın sonlarında Ukraynanın Baş Kəşfiyyat İdarəsi (GUR) Rusiya tərəfindən Ukraynaya yaxın ərazilərə 7,000-dən çox Şimali Koreya əsgərinin yerləşdirildiyini bildirdi. Bu əsgərlər ən azı 28 hərbi uçuş vasitəsilə gətirilib. Ukrayna mənbələrinə görə, bu Şimali Koreya Xalq Demokratik Respublikası (ŞKXDR) əsgərləri Rusiya tərəfindən təmin edilən 60 mm-lik minaatanlar, AK-12 avtomatları, PKK/PKM pulemyotları, SVD snayper tüfəngləri, "Feniks" tank əleyhinə raketləri və RPG-7 əl qumbarasıatıcıları ilə təchiz olunublar. Onlara eyni zamanda gecə görmə cihazları, termal görüntüləyicilər və digər xüsusi avadanlıqlar da verilib.
-
İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailə cavab zərbəsi endirilməsi haqqında qərar qəbul edib, xəbəri şura üzvü Esmail Kosari verib.
Bələdiyyə seçkiləri niyə təyin olunmur? – Mirəli Hüseynov Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 13:55
- 166
Rəy yaz