Açiq mənbələrdən foto.
Bir həftə ərzində işğaldan azad olunmuş ərazilərdə 89 mina və 367 PHS zərərsizləşdirilib
Bakı/24.10.22/Turan: Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ötən həftə işğaldan azad edilmiş ərazilərdə daha 89 mina aşkarlandığı barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, minatəmizləmə əməliyyatları 2022-ci il oktyabrın 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan ərazisində aparılıb.
Bunun nəticəsi olaraq piyada əleyhinə 61, tank əleyhinə 28 mina və 367 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.
381 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 05D
-
- Maliyyə
- 24 Oktyabr 2022 13:46
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz