
За время войны Украину покинули миллион человек фото REUTERS
Birləşmiş Millətlər Təşkilatı: Rusiya qoşunlarının təcavüzü başlayandan Ukraynanı bir milyon adam tərk edib
Kiyev/03.03.22/UNIAN: Rusiya qoşunlarının təcavüzü başlayandan Ukraynanı bir milyon adam tərk edib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı qaçqınların işləri üzrə Agentliyin rəhbəri Filippo Qrandi Tvitter səhifəsində bildirib.
“Yeddi gün ərzində bir milyon qaçqının Ukraynadan qonşu ölkələrə getdiyinin şahidi olduq”, - o yazıb.
Qrandi əlavə edib ki, Ukrayna daxilində milyonlarla adama humanitar yardım göstərə bilmək üçün silahların susdurulmasının vaxtı çatıb.-0-
Rəy yaz