Mevlüt Çavuşoğlu.
Çavuşoğlu - Qarabağda birgə Monitorinq Mərkəzi haqqında
Bakı/17.12.20/Turan: Dağlıq Qarabağda vəziyyətin motinorinqi üzrə müşahidə məntəqələri Azərbaycanın qərar verəcəyi yerlərdə yerləşəcək. Bu barədə Türkiyənin XİN başçısı Mevlut Çavuşoğlu 24TV telekanalına bildirib. O xatırladıb ki, Monitorinq Mərkəzi Ağdamda yerləşəcək və 10 noyabr tarixli razılaşmaların yerinə yetirilməsinə nəzarət edəcək. Bu, xüsusən Ermənistan qüvvələrinin Qarabağdan çıxarılmasına və atəşkəs rejiminə riayət olunmasına aiddir. -02D-
Siyasət
-
Azərbaycan, Ukrayna üzərindən Rusiya qazının tranzitinin dayandırılmasından sonra təbii qaz bazarında artan çətinliklər fonunda Avropa üçün əsas enerji tərəfdaşı kimi öz mövqeyini gücləndirir. On il davam edən tranzit marşrutunun sonunu göstərən bu kəsinti, qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarında rəqabəti artıracağı və alternativ enerji mənbələrinin qiymətlərini yüksəldəcəyi gözlənilir.
-
Həbsdə olan bloger Rəşad Ramazanov 15 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin ağır olmasından danışıb. Bu barədə Turan agentliyinə koloniyadan zəng edərək özü məlumat verib.
-
ABŞ Helsinki Komissiyasının həmsədri, konqresmen Co Uilson Tehran rejiminin nümayəndələrinin Azərbaycan və Türkiyəyə qarşı təhdidlərini pisləyib.
-
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Formula 1 üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-də reallaşacaq. Bu, mövsümün 17-ci Qran-prisi olacaq.
Rəy yaz