Çexiya Parlamentinin nümayəndə heyət Bakıya gəlir
Oktyabrın 13-də Çexiya Respublikasının Deputatlar Palatasının kənd təsərrüfatı komitəsinin nümayəndə heyəti Bakıya gələcək. Üç günlük səfər çərçivəsində Azərbaycan Parlamentinin tərəfdaş komitəsi, Çexiya-Azərbaycan Parlamentlərarası qrupunun üzvləri, hökumət üzvləri ilə rəsmi görüşlər planlaşdırılır.
Ekologiya və kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi planlaşdırılır. Nümayəndə heyətinə Çexiya Respublikası Deputatlar Palatası sədrinin müavini Voytex Filip başçılıq edir. Bu barədə Turan agentliyinə Çexiyanın Azərbaycandakı səfirliyindən bildiriblər. -02D-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz