Jeyhun Bayramov and Ibrahim Raisi
Ceyhun Bayramov İran prezidentilə görüşüb
Bakı/05.07.22/Turan: İyulun 4-də Tehranda rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran prezidenti İbrahim Rəisi ilə görüşüb.
Görüş zamanı iqtisadi və siyasi sahələrdə ikitərəfli münasibətlərin inkişafı və möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
İRNA agentliyinin məlumatına görə, Rəisi Azərbaycan prezidentinin Tehrana səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini bildirib.
Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Bayramov iki prezidentin görüşlərinin və Aşqabadda əldə olunan razılaşmaların vacibliyini qeyd edib.
Bayramov energetika, nəqliyyat sahələrində ikitərəfli layihələrin əhəmiyyətini, xüsusilə də Şərqi Zəngəzur regionu və Naxçıvan arasında İran vasitəsilə yeni kommunikasiyaların yaradılmasını qeyd edib.
O, işğaldan azad edilmiş ərazilərdə birgə layihələrin reallaşdırıldığını vurğulayıb.
Görüşdə həmçinin regionda vəziyyət, təhlükəsizlik və sabitliyin təmin olunması üçün region ölkələrinin əməkdaşlığının əhəmiyyəti müzakirə olunub. 02D
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz