Josep Borrell
Dağlıq Qarabağ: Ali Nümayəndə/Vitse-prezident Josep Borrellin hərbi əməliyyatların dayandırılması barədə bəyanatı
Bakı/11.11.20/Turan: Dağlıq Qarabağ və onun ətrafında hərbi əməliyyatların dayandırılmasını alqışlayıram. Bazar ertəsi günü Ermənistanla Azərbaycan arasında Rusiya vasitəçiliyi ilə razılaşdırılmış atəşkəs insan tələfatının qarşısını almağa kömək edəcəkdir və ümid edirəm ki, məsələnin hərtərəfli şəkildə həll olunması yolunda bu atılan ilk addımdır.
Indi danışıqlar zamanı istənilən həll yolunun davamlı olmasını təmin etmək lazımdır.
Avropa İttifaqı ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərlik etdiyi qurulmuş formatı dəstəkləməyə davam edir, bu cəhdlərə və bütün Cənubi Qafqaz bölgəsinin dinc və firavan inkişafı üçün sazişlərin həyata keçirilməsinə töhfə verməyə hazırdır.-0-
-
- Dünyada
- 11 Noyabr 2020 19:10
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz