Daşkəsəndə 76 yaşlı AXCP üzvü saxlanılıb
Daşkəsəndə 76 yaşlı AXCP üzvü saxlanılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin üzvü Əmrah İsmayılovun aprelin 4-də saxlanıldığı bildirilir. Bu barədə Turan-a partiyadan məlumat verilib.
İsmayılov martın 18-də narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunmuş AXCP-nin Daşkəsən rayon təşkilatının sədri Sahib Məmmədzadənin qohumudur.
S.Məmmədzadənin bacısı Tacirə Məmmədova Turan-a bildirib ki, Əmrah İsmayılov günorta saat 12 radələrində polis tərəfindən saxlanılıb: "Bu gün traktor sürdüyü yerdə tutublar. Bəhanə ediblər ki, guya içkili vəziyyətdə traktor sürüb. Amma belə deyil. Əmrah bəy yaşlı adamdır, 76 yaşı var. Sahibə görə qisas alırlar. Özü AXCP üzvüdür, Sahibi da müdafiə edir. Ona görə tutublar".
Daxili İşlər Nazirliyindən Turan-a bildirilib ki, "bu məsələ ilə bağlı məlumat veriləcək".
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz