Dövlət Departamenti: Bakının hərəkətləri ikitərəfli əlaqələrə təsir etdi
Dövlət Departamenti: Bakının hərəkətləri ikitərəfli əlaqələrə təsir etdi
Vaşinqton/17.11.23/Turan: Bakının Vaşinqtonda Qarabağa dair görüşün növbəti raunduna məhəl qoymamasından və Birləşmiş Ştatları qərəzli olmaqda ittiham etməsindən sonra ABŞ cümə günü öz mövqeyini təkrarlayıb.
Dövlət Departamentinin nümayəndəsi Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da verdiyi bəyanatı şərh edərkən TURANın Vaşinqton müxbirinə deyib: “Azərbaycan onun hərəkətlərinin münasibətlərimizə təsir etdiyini etiraf edir, lakin biz Ermənistan və Azərbaycanı sülhə sövq etməkdə davam edəcəyik”.
Azərbaycan Xarici İşlər Nazirliyi cümə axşamı bildirib ki, “ABŞ-ın birtərəfli yanaşması” səbəbindən noyabrın 20-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşdə iştirak edə bilməyəcək.
Bakı səfir Ceyms O'Brayen-in bu çərşənbə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi qarşısında verdiyi şərhə etiraz edib və bildirib ki, Bakı və Irəvan arasında sülh sazişi olmayanacan, "Vaşinqtonun Azərbaycanla münasibətləri əvvə ki kimi ola bilməz”. -0-
-
- Siyasət
- 17 Noyabr 2023 18:11
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz