Dunya Miyatoviç Xədicə İsmayılovanın həbsini pisləyib
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç jurnalist Xədicə İsmayılovanın həbsini qətiyyətlə pisləyib.
“İsmayılovanın həbsi onun azad və tənqidi səsinin boğulmasına yönəlmiş kampaniyanın bir hissəsi olan mütəşəkkil qorxutmadan başqa bir şey deyil”, deyə Miyatoviçin cümə günü Bazeldə ATƏT Nazirlər Şurasının 21-ci iclasında çıxışında səsləndirdiyi bəyanatda bildirilir.
Daha sonra sənəddə qeyd edilir ki, İsmayılova özünü öldürmə həddinə çatdırma ittihamı ilə məhkəmədən öncə iki aylıq həbsə məruz qoyulub və jurnalist təqsirli bilinərsə 7 ilədək azadlıqdan məhrum edilə bilər.
Miyatoviç vurğulayır ki, İsmayılovanın həbsə alınması bir qrup jurnalistin, blogerin və hüquq müdafiəçisinin mühakimə və uzunmüddətli həbslərə məruz qoyulmasının ardınca gəlib.
Xüsusən, Miyatoviç bu sırada hüquq müdafiəçisi Rəsul Cəfərovun, jurnalistlər Seymur Həzi, Pərviz Həşimli, blogerlər Ömər Məmmədov, Abdulla Əbilov və Rəşad Ramazanovun adlarını çəkib.
“Azərbaycan hakimiyyətinə kütləvi informasiya vasitələrinin azadlığına ziyan vuran bu təcrübəyə son qoymaq çağırışımı təkrar edirəm”, deyə Miyatoviç bəyan edib. -06D-
-
- Söz istəyirəm
- 5 Dekabr 2014 22:02
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz