Açiq mənbələrdən foto.
Dünyanın 52 ölkəsində Qubad İbadoğluna dəstək aksiyaları keçiriləcək
Bakı/11.09.23/Turan: Sentyabrın 12-də həbsdə olan müxalifətçi və iqtisadçı Qubad İbadoğlunun 52 yaşı tamam olur. Həmin gün dünyanın müxtəlif ölkələrində onun hüquqlarını müdafiə aksiyaları keçiriləcək. Bu barədə Turan-a onun qardaşı Qalib Bayramov bildirib.
Onun sözlərinə görə, nümayişlər "52 şəhər - 52 aksiya" şüarı altında keçiriləcək.
İlk aksiya artıq Şərqi Timorun paytaxtı Dili şəhərində keçirilib, burada artıq sentyabrın 12-dir. Çərşənbə günü ABŞ, Almaniya, Belçika, Fransa, Türkiyə, Polşa, Böyük Britaniya, Macarıstan, Danimarka, Norveç, Niderland, Gürcüstan, İsveç və digər ölkələrin müxtəlif şəhərlərində aksiyalar keçiriləcək.
Aksiyalarda hüquq müdafiə təşkilatlarının nümayəndələri, ictimai xadimlər, jurnalistlər iştirak edəcəklər.
Xatırladaq ki, Azərbaycanda Qubad İbadoğlu saxta pul hazırlamaqda ittiham olunur. Eyni zamanda o, Türkiyədə 2016-cı il dövlət çevrilişi cəhdinin təşkilatçısı hesab olunan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədə ittiham edirlər.
Qubad İbadoğlu ittihamları təkzib edir, onları absurd hesab edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar. 16В
Siyasət
-
Rusiyadan İrana qaz kəməri Azərbaycandan keçəcək, onun marşrutu razılaşdırılıb. TASS xəbər verir ki, bu barədə jurnalistlərə energetika naziri Sergey Tsivilev bildirib.
-
Toplum TV-nin işi üzrə polis nəzarətində olan jurnalist Fərid İsmayılov yanvarın 17-də saxlanılıb və Xətai Rayon Məhkəməsinə aparılıb. Bu barədə jurnalistin həmkarları məlumat veriblər.
-
İlham Əliyev İrakli Kobaxidzeni "Gürcü arzusu" partiyasının seçkilərdə qələbəsi münasibətilə təbrik edib və ona yeni uğurlar arzulayıb.
-
Yanvarın 17-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalistləri Aynur Elgünəş və Natiq Cavadlının ev dustaqlığına keçirilmələri haqqında vəsatətlərini təmin etməyib.
Rəy yaz