Elmar Məmmədyarov İsveçə gedib
Bakı/06.11.17/Turan: Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov İsveçə ikigünlük rəsmi səfərə gedib. Bu barədə XİN mətbuat xidməti bildirib.
O, noyabrın 6-7-də İsveç XİN rəhbəri Marqot Vallstre və digər rəsmi şəxslərlə görüşəcək. Görüşün gündəliyi açıqlanmır.-02D-
Siyasət
-
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanın silah almaqdan imtina etməsilə bağlı prezident İlham Əliyevin tələbini rədd edib.
-
Yanvarın 8-də İlham Əliyev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib. Əhmədian İranın ali lideri əli Xamenei və prezident Məsud Pezeşkianın salamlarını əliyevə çatdırıb.
-
Yanvarın 8-də Səbail Rayon Məhkəməsində “Kanal 13” televiziyasının rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. İclas zamanı Orucovun vəkilləri onun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət qaldırıblar. Lakin vəsatət təmin edilməyib.
-
Yanvarın 8-də dövlət basçısı İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti bildirib. O, AZAL-ın təyyarə qəzası ilə bağlı dərin hüznlə başsağlığını çatdıraraq, aviaqəzanın bütün səbəblərinin hərtərəfli şəkildə araşdırılacağına ümidvar olduğunu bildirib.
Rəy yaz