Fazil Mustafa: bu qanun layihəsi vətəndaşların maraqlarına uyğun deyil
Bakı/30.04.19/Turan: Milli Məclisin deputatı Fazil Mustafa parlamentə təqdim edilmiş "Müflisləşmə və iflas haqqında" qanuna düzəlişləri tənqid edib. "Bu düzəlişlər fiziki şəxslərin maraqlarına uyğun deyil və faktiki olaraq bu istiqamətdə dövlət fikziki şəxsin hər hansı problemilə bağlı addım atmayacağını ortaya qoyur", deyə Mustafa bildirib.
Onun fikrincə, yeniliklər müflislik riski ilə əlaqədar vətəndaşların təşəbbüslərini məhdudlaşdıracaq.
2015-ci ilə qədər belə vəziyyət mövcud olub. Amma devalvasiyadan sonra qanunvericiliyə dəyişikliklər edilib və müflislik prosedurları fiziki şəxslərə də şamil edilib.
Düzəlişlər layihəsi birinci oxunuşda artıq qəbul edilib. -06D-
Siyasət
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd, fəal Cəmilə Əlişova onun kampaniya keçirməsinə inzibati əngəllərin yaradıldığını bildirir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib.
-
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
-
Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
Rəy yaz