İctimai xadimlər koalisiyası professor İbadoğlunun azad edilməsinə tərəfdardır
İctimai xadimlər koalisiyası professor İbadoğlunun azad edilməsinə tərəfdardır
Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunarkən görkəmli ictimai xadimlərin kollektivi tanınmış iqtisadçı- professor Qubad İbadoğlunun azad edilməsi tələbilə fleşmob təşkil edib. Professor İbadoğlu iyulun 24-dən həbsdədir. Bakının Nərimanov Rayon Məhkəməsi saxta pul hazırlamaq ittihamı ilə onu 3 ay 26 gün müddətinə həbs edib.
Azərbaycan Daxili İşlər Nazirliyi bildirib ki, İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə əli olmaqda ittiham edilən Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi var. Avqustun 25-də İbadoğluya qarşı "dini ekstremizmyönlü materialların istehsalı, saxlanması və ya yayılması" ilə bağlı əlavə ittihamlar irəli sürülüb.
Qeyd edək ki, noyabrın 16-da həmin məhkəmə siyasətçinin həbsdə saxlanma müddətini daha üç ay uzadıb. Qubad İbadoğlu ona qarşı irəli sürülən bütün ittihamları əsassız sayaraq qəti şəkildə rədd edir.
Çoxsaylı beynəlxalq təşkilatlar, hökumət məmurları və akademik institutlar Azərbaycan hakimiyyətini İbadoğlunu dərhal azad etməyə çağırıblar. Hətta Avropa parlamenti İbadoğluna qarşı təqibə cavab olaraq Azərbaycanın rəsmi şəxslərinə sanksiyalar tətbiq etməyə çağırıb.
Vəkil Zibeydə Sadıqova siyasətçiyə qarşı irəli sürülən ittihamların hüquqi əsasının olmadığını qeyd edib. Müdafiə tərəfinin dəlillərinə baxmayaraq, məhkəmə qərarı dəyişməyib və qərardan şikayət veriləcək.
Bundan əlavə, noyabrın 16-da Avropa İttifaqı xarici siyasət üzrə ali nümayəndəsinin mətbuat katibi Piter Stano İbadoğlunun həbs müddətinin uzadılması ilə bağlı Bakı Məhkəməsinin qərarından məyus olduğunu bildirib.
Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O'Brayen Konqresin Xarici İşlər Komitəsinin ən azı üç üzvü ilə birlikdə noyabrın 15-də İbadoğlunun dərhal azad edilməsi çağırışlarını açıq şəkildə təkrarlayıb.
O'Brayen ABŞ-ın İbadoğlunun azadlığının təmin edilməsinə sadiqliyini vurğulayaraq, onun azad edilməsinə və Azərbaycanda insan hüquqlarının pozulmasının aradan qaldırılmasına tərəfdar olduqlarını bildirib.
Həmçinin Noyabrın 14-də Cenevrədə Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Şurasında Birləşmiş Krallıq İbadoğlunun hüquqlarını müdafiə edərək ifadə və toplaşma azadlığının məhdudlaşdırılması ilə bağlı narahatlığını bildirib. Bəyanatda Azərbaycan insan hüquqlarının müdafiəsini gücləndirməyə çağırılır.
Rəy yaz
-
- Cəmiyyət
- 17 Noyabr 2023 15:18
Siyasət
-
İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Rəsədxanası (OPHRD) azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini pisləyib və ona qarşı ittihamların dərhal ləğv edilərək sərbəst buraxılmasına çağırıb.
-
Dekabrın 21-də Müsavat Partiyasının qərargahında mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis olunmuş mükafatın təqdimatı keçirilib. Mükafat hazırda həbsdə olan "III Respublika Platforması"nın (Resplatforma) spikeri Akif Qurbanova təqdim olunub. Müsavat Partiyasının başqanı İsa Qəmbər Qurbanovun Azərbaycanda demokratik, cümhuriyyət dəyərlərinin bərqərar olması uğrunda apardığı ardıcıl mübarizəyə görə bu mükafata layiq olduğunu deyib.
-
Dövlət Departamentinin sözçüsü TURANa bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanda demokratiyanı sarsıtmaqda günahkar olan daha on məmura viza qadağası qoyacaq və bununla da onların ümumi sayı 100-dən çox olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
1 rəy
Sabah
2023-11-18
Если судебная власть работает на интересы Илхам Алиева и других политиканов, которых интересуют только свои крысиные интересы, то насколько эта судебная власть легитимна?????