İlqar Məmmədov azadlığa buraxıldı (Video)
Bakı/13.06.18/Turan: Bu gün Şəki Apellyasiya Məhkəməsi REAL Partiyasının lideri İlqar Məmmədovu şərti azadlığa buraxıb.
Məhkəmə cəza müddətinin qalan hissəsinin 2 il sınaq müddəti ilə əvəzlənməsi və ölkədən çıxışına qadağa qoyulması ilə şərti cəza barədə qərar qəbul edib.
Xatırladaq ki, ölkənin "baş" siyasi məhbusu İlqar Məmmədov 2013-cü ilin fevralında İsmayıllı hadisələri ilə əlaqədar həbs olunaraq 7 il azadlıqdan məhrum edilmişdi.
Avropa məhkəməsi onun həbsinin qanunsuz olması barədə iki qərar qəbul etsə də hakimiyyət indiyədək bu qərarları icra etməmişdi.-16B-
-
- İqtisadiyyat
- 13 Avqust 2018 12:05
-
- Cəmiyyət
- 13 Avqust 2018 12:51
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz