İlqar Məmmədov İlham Əliyevi təbrik edib
İlqar Məmmədov İlham Əliyevi təbrik edib
"Respublikaçı Alternativ" (REAL) Partiyasının siyasi komitəsinin sədri İlqar Məmmədov İlham Əliyevi 7 fevral növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
"Ərazi bütövlüyümüzün bərpasında rolunuza yekun siyasi qiyməti vermiş prezident seçkisində qələbəniz münasibətilə Sizi təbrik edir, bir neçə aydan sonra ölkəmizin gələcəyinə həsr olunacaq parlament seçkisində rəhbəri olduğunuz partiya ilə azad və bərabər rəqabətimizin Azərbaycanda demokratiyaya yeni keyfiyyət qazandırmasını arzulayıram", deyə Məmmədovun təbrik məktubunda qeyd edilib.
-
- Siyasət
- 8 Fevral 2024 17:56
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz