Igor Strelkov (Girkin)
İqor Strelkov (Girkin) Moskvada saxlanılıb
Bakı/21.07.23/Turan: Cümə günü, iyulun 21-də hüquq-mühafizə orqanları qondarma “DXR”in keçmiş müdafiə naziri İqor Strelkovu (Girkin) saxlayıb. Bu barədə RBK mənbələrə və Strelkovun vəkili Aleksandr Moloxova istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Strelkovu günorta saatlarında evindən aparıblar. İstintaq Komitəsinin əməkdaşları onun mənzilində axtarış aparır.
İlkin məlumatlara görə, saxlanılma "Vaqner"in keçmiş əməkdaşının tələbi ilə həyata keçirilib.
Strelkovun "Teleqram"ında onun həyat yoldaşı Miroslava Reginskayanın məlumatı yayılıb. O, İstintaq Komitəsinin nümayəndələri ora gələndə evdə olmadığını deyib.
“Dostlarımdan öyrənə bildim ki, ərimə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsi (ekstremizm) ilə ittiham irəli sürülüb”.
İqor Strelkov (Girkin) Rusiya ordusunun rəhbərliyini Ukraynada döyüş əməliyyatlarını bacarıqsız apardığına görə sərt tənqid edib. Son zamanlar o, Rusiyanın siyasi rəhbərliyini də tənqid etməyə başlamışdı. 06D
-
- Qafqaz
- 21 İyul 2023 15:45
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz