İran Naxçıvanda yeni konsul təyin edib
İran Naxçıvanda yeni konsul təyin edib
Bakı/10.01.24/Turan: Tehran Əziz Mənsurini İranın Naxçıvan Muxtar Respublikasında yeni baş konsulu təyin edib.
Çərşənbə günü İranın xarici işlər naziri Hüseyn əmir Abdullahian Mənsuri Naxçıvana yola düşməzdən əvvəl onunla görüşündə "Tehranla Bakı arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb", - İRNA agentliyi bildirib.
Əziz Mənsuri Naxçıvanda fəaliyyət müddətində planlara dair hesabatı təqdim edib.
Bundan əvvəl Əziz Mənsuri İran Xarici İşlər Nazirliyinin maliyyə-ticarət əməkdaşlığı, energetika və nəqliyyat departamentinin rəhbəri vəzifəsində çalışıb. -0-
-
- Dünyada
- 10 Yanvar 2024 16:34
-
- İqtisadiyyat
- 10 Yanvar 2024 16:50
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz