İşdən çıxarılan polislər Ərdoğan hökumətini məhkəməyə verir
Türkiyədə 17 dekabr korrupsiya və rüşvət əməliyyatı sonrası vəzifələrindən kənarlaşdırılan və yerləri dəyişdirilən polis əməkdaşları məhkəməyə ikili iddia ilə müraciət etməyə hazırlaşırlar. Bu xəbəri “Bu gün” qəzeti yayıb.
Məhkəməyə həm vəzifələrinə qaytarılmaq, həm də zərərçəkən kimi dəyən maddi-mənəvi zərərə görə təzminat ödənilməsi iddiası təqdim olunacaq.
Polislər Birliyinin (Emniyyet-Sen) rəhbəri Faruk Sezer zərərçəkən durumda olan ictimai-asayiş personalının zərərlərini ödəməkdən əlavə, bütün hüquqlarının bərpası üçün “tam məhkəmə” prosesinə hazırlaşdıqlarını söyləyib.
F.Sezer qeyd edib ki,vəzifədən çıxarılan və yerləri dəyişdirilən polislər 60 gün ərzində dairə məhkəmələrinə müraciət etdikləri halda vəzifələrinə qayıtmaq hüququna malikdir. O, İctimai-asayiş mənsublarının vəzifədən çıxarılmaları ilə bağlı müraciət müddətində iki məhkəmə prosesini eyni vaxtda başlaya biləcəklərini də nəzərə çatdırıb. Yəni, vəzifələrinə bərpa iddiasını qaldıran polislər həm də maddi və mənəvi zərərlə bağlı iddia qaldıra biləcəklər.
Bu, hüquqda “tam məhkəmə” prosesi kimi təsbitini tapır. İctimai-asayiş mənsublarının hər hansı əsas göstərilmədən iş yerinin dəyişdirilməsi maddi zərərlə yanaşı bu şəxsləri xalqın gözündə aşağılamaq kimi mənəvi ziyana da məruz qoyur ki, bu da diqqətdən kənarda qala bilməz.-05D-
-
- İqtisadiyyat
- 25 Dekabr 2013 14:11
Siyasət
-
Dövlət başçısının 10 yanvar tarixli sərəncamı ilə Azərbaycanda "Rəqəmsal ekologiya" informasiya sistemi yaradılıb.
-
Yanvarın 7-də Kaliforniyada baş verən böyük yanğınlar səbəbindən Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu təxliyə edilib. Bu barədə cümə günü Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ayxan Hacızadə bildirib.
-
Türkiyənin xarici işlər naziri Fidan Hakan Ankarada mətbuat konfransında bildirib ki, regionda davamlı sülh, sabitlik və çiçəklənmə üçün "tarixi" imkan pəncərəsi açılıb.
-
Məşhur iqtisadçı və siyasi xadim Qubad İbadoğlunun ev dustaqlığına buraxıldıqdan sonra hüquqlarını daha da məhdudlaşdırırılıb. Onun şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib.
Rəy yaz