�Kreativ  fikirlər� Heydər Əliyevin qəbul etmədiyi ideyanın reinkarnasiyasıdır

Bakı/14.02.18/Turan: Azərbaycanın keçmiş xarici işlər naziri, uzun illər Qarabağ nizamlanması ilə birbaşa məşğul olan Tofiq Zülfüqarov iki ölkədə prezident seçkilərindən sonra sülh prosesində mümkün dönüş ilə bağlı Ermənistan və Azərbaycan KİV-də yayılan şərhlərə münasibətini bildirib.

Təşkil edilmiş informasiya sızmasını xatırladan bu şərhlər yanvarda Krakovda tərəflərə təqdim edilən Minsk Qrupu həmsədrlərinin hansısa yeni ideyalarına əsaslanır.

Sızmalara görə, söhbət mərhələli şəkildə icra edilən "kiçik paketlər" adlanan ideyadan gedir. "Danışıqlar prosesində heç zaman iştirak etməyən adamlara bu "kreativ mənasızlıq" heç bir şey demir", - T.Zülfüqarov çərşənbə günü Facebook səhifəsində yazıb.

https://www.facebook.com/tofig.zulfugarov/posts/346381095879699

Odur ki, məlumatsız adamda belə təəssürat yaranır ki, həmsədrlər nəsə yeni şeylər hazırlayırlar və Azərbaycanda prezident seçkilərinin oktyabrdan aprelə keçirilməsi ilə danışıqlar prosesində "ümidverici irəliləyişlər" ola bilər.

"Kiçik paketlər" ideyasının nə olduğunu anlamaq üçün Minsk prosesinin retrospektiv təhlilinə qayıtmaq lazımdır. 1992-ci il martın 24-də Helsinkidə Minsk Konfransının mandatı qəbul ediləndən sonra mayda erməni tərəfi Şuşa və Laçın rayonlarını işğal etdi.

Minsk Konfransının mandatı Dağlıq Qarabağın siyasi statusunun müəyyən edilməsini nəzərdə tutur. Ancaq iki rayonun işğalı səbəbindən Minsk Konfransını çağırmaq və Dağlıq Qarabağın gələcək statusunun müzakirəsinə başlamaq barədə razılaşdırılmış qərarı həyata keçirmək mümkün olmadı.

O zaman ABŞ-ın dövlət katibi Uorren Kristoferin təşəbbüsü ilə Lissabonda (yenə Lissabon) Romada Minsk Qrupunun fövqəladə ilkin görüşündə danışıqların keçirilməsi barədə qərar qəbul edilib. Məqsəd işğalın nəticələrini aradan qaldırmaq və statusun müəyyən olunması üzrə Minsk Konfransının çağırılmasına yol açmaq idi.

Yəni, beynəlxalq birlik Dağlıq Qarabağın gələcək siyasi statusunun müzakirə olunacağı yeganə yer kimi Minsk Konfransını tanıyırdılar. Minsk Qrupu da daxil olmaqla, heç bir qurum siyasi statusun müəyyən edilməsi ilə bağlı istənilən danışıqları təşkil etmək və keçirmək mandatına malik deyil.

Minsk Qrupu həmsədrlərinin təkliflərinin mütləq əksəriyyəti ancaq Minsk Konfransına şərait yaradılması üçün həll yollarının axtarışı və başlıca şərt - Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə aid olub.

"Təkrar edirəm ki, məhz onların məqsədi və vəzifəsi Azərbaycan ərazilərinin işğalının nəticələrinin aradan qaldırılması, köçkünlərin qayıtması və Minsk Konfransının açılması üçün şəraitin yaradılması idi ki, Dağlıq Qarabağın gələcək siyasi statusu danışıqlar yolu ilə müəyyən olunsun", - T.Zülfüqarov davam edir.

Minsk Qrupu vasitəçilik missiyasını həyata keçirərək yuxarıda qeyd edildiyi kimi, öz əsas vəzifəsinin icrası üçün preliminar sazişi (ilkin saziş) hazırlamaq məqsədilə danışıqlar aparıb.

Preliminar sazişdə Minsk Qrupu erməni tərəfin öhdəliklərini müəyyən etməli idi - işğal edilmiş əraziləri azad etmək və bununla da "köçkünlərin layiqlı və təhlükəsiz şəkildə öz doğma yurdlarına qayıtması" üçün şərait yaratmaq.

Öz növbəsində Azərbaycan tərəfi də erməni tərəfi kimi, geri qayıdan əhalinin təhlükəsizliyinin təminatı məqsədilə hərbi-texniki tədbirlər kompleksinin yerinə yetirilməsini təmin etməli, hərbi əməliyyatların bərpa edilməməsi üçün zəmanətverici tədbirləri həyata keçirməliydi.

Hərbi-texniki tədbirlər sırasında xüsusi ayrılmış yerlərdən ağır silahların çıxarılması və konsentrasiyası, uçuşsuz zonanın elan edilməsi və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinin təminatı üçün sülhün saxlanması üzrə əməliyyatların genişlənməsinə xüsusi yer verilirdi.

Göründüyü kimi, hərbi-texniki tədbirlər Dağlıq Qarabağa hər hansı siyasi statusun verilməsini nəzərdə tutmur. Bəzən hərbi-texniki tədbirlər kompleksini müvəqqəti status adlandırırlar, belə ki, buna hərbi əməliyyatların bərpa edilməməsinə siyasi zəmanət də əlavə olunacaq ki, bu da əldə olunmuş sazişə dəstək olaraq BMT Təhlükəsizlik Şurasının xüsusi qətnaməsində əksini tapacaq.

Ancaq bütün bunlar əlbəttə ki, yuxarıda qeyd edildiyi kimi, ancaq Minsk Konfransında müəyyən edilməli olan siyasi status deyil.

"Bu gün belə çıxır ki, Krakovda bizə "kiçik paketlər" təqdim olunur. Bu paketlərdə ermənilər işğal edilmiş ərazilərin bir hissəsini siyasi statusun bir hissəsilə dəyişəcəklər. Məntıqlə bu, tamamilə sayıqlamadır. Çünki işğal edilmiş Ağdam rayonunu siyasi statusun (məsələn, muxtariyyətin gələcək vergi statusunu müəyyən edən) bir hissəsilə dəyişmək mümkün deyil. Üstəlik, ermənilərin muxtariyyət statusu barədə danışıqlar aparmağa hazırlaşdıqları bir şəraitdə. Hətta onlar "vergi qanunvericiliyinin tənzimlənməsi haqqında" qanuna dair statusun müddəaları"nın müqabilində Ağdam rayonunun azad edilməsi barədə danışıqlar aparmağa razılaşsalar da müstəqil dövlətin vergi sistemini müəyyən edən versiyanı müdafiə edəcəklər.

Bu, məntiqli təhlildir, siyasi status haqqında müddəaların digər əsas komponentlərinə tətbiq olunur: seçki sistemi, təhlükəsizlik sistemi, səlahiyyət bölgüsü üzrə müddəalar v.s.

Yəni, Krakovda mahiyyətcə bizə dalana dirənmiş istiqamət təklif olunur ki, bu da bilərəkdən uğursuzluğa düçar edilib", - T.Zülfüqarov yazır.

Azərbaycanın keçmiş XİN rəhbəri qeyd edir ki, "kiçik paketlər" ideyası çoxdan meydana çıxıb və bunun müəllifi ATƏT-in Minsk Qrupunun keçmiş rusiyalı nümayəndəsi Vladimir Kazimirovdur. O, bunu Minsk Konfransının həmsədri olarkən danışıqlar raundunun birində təklif edib. İdeya qəbul edilməyib, sonradan Heydər Əliyev Yevgeni Primakovun (RF XİN-in o zamankı XİN rəhbəri) V.Kazimirovu danışıqlar prosesindən kənarlaşdırmasına nail olub. Ony Kosta-Rikaya səfir göndəriblər.

Bu ideyanın 2018-ci ilin yanvarında "dirçəlməsi" sağlam məntiq baxımından təəccüb doğurur.

"Açıqlaması sadədir - Minsk Qrupunun danışıqları adlı sonsuz tamaşa üçün Minsk Qrupu adında "teatr"a yeni dekorasiya qurmaq lazımdır.

İstərdim ki, xarici işlər naziri E.Məmmədyarov da bu təhlil ilə tanış olsun (əminəm bu, olacaq) və yuxarıda qeyd olunan məntiqi dərk edərək "kiçik paketlər" ideyasını perspektiv kimi qiymətləndirməsin", - T.Zülfüqarov yazıb.-06D--

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti