Lavrov və Bayramov AZAL təyyarəsinin qəzasını müzakirə ediblər
Dekabrın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramova zənq verib.
Həmin gün iki ölkə prezidentləri arasında baş tutan söhbətin davamı olaraq , nazirlər dekabrın 25-də Aktau yaxınlığında AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı hadisələri müzakirə ediblər.
“Prezidentlərin bu faciəli hadisənin hərtərəfli araşdırılmasının zəruriliyini təsdiq edən nazirlər həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıblar.
Hadisənin bütün səbəblərini müəyyənləşdirmək və gələcəkdə oxşar halların qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərin görülməsi və bütün təfərruatları nəzərə alınmaqla , baş verənləri tamamilə həll edilməsinin zəruriliyi vurğulanıb”, - Rusiya XİN-in bəyanatında deyilir.
Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi məlumatında deyilir ki, Ceyhun Bayramov qeyd edib ki, təyyarəyə ilkin baxışın, təyyarə gövdəsində çoxsaylı dəliklərin olmasının, bələdçilərin və sərnişinlərin ifadələrinin təyyarənin fiziki-texniki xarakterli müdaxilə nəticəsində qəzaya uğradığı faktını təsbit etdiyini vurğulayıb.
“Nazir, ən qısa müddət ərzində, beynəlxalq ekspertlərdən ibarət heyətin də iştirakı ilə qəzanın səbəblərinin araşdırılması istiqamətində aparılan işin yekunlaşdırılması, qəzanın səbəblərinin ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunması istiqamətində Azərbaycan tərəfinin gözləntilərini qarşı tərəfin diqqətinə çatdırıb.
Bununla yanaşı, başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılmasının və mütəmadi qaydada ictimaiyyətə məlumat verilməsinin əhəmiyyəti qeyd olunub”.
-
- Çətin sual
- 28 Dekabr 2024 19:56
-
- Siyasət
- 28 Dekabr 2024 23:44
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlib.
-
Azərbaycan vətəndaşı Fərid Səfərli İran həbsxanasından azad edilərək ölkəsinə qaytarılıb.
-
Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “III Respublika Platforması”nın (ResPlatforma) spikeri Akif Qurbanov ailəsinə məxsus əmlaka həbs qoyulması ilə bağlı açıqlama yayıb. Açıqlama Qurbanova məxsus olduğu bildirilən facebook səhifəsində dərc edilib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov həbs cəzası çəkdiyi 7 saylı penitensiar müəssisədə aclıq elan edib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatında deyilir. Aclığa səbəb Əhmədovun karserə salınmasıdır.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Söz istəyirəm,
- 11:25
- 215
-
- Cəmiyyət,
- 11:19
- 177
-
- Siyasət,
- 00:12
- 617
Rəy yaz