Məhkəmə Ə.Zeynallının Mətbuat Şurasına qarşı iddiasını rədd edib
Bu gün Nərimanov rayon məhkəməsində “Xural” qəzetinin həbsdə olan redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı mülki iddiasına baxılması yekunlaşıb.
Xatırladaq ki, Zeynallı Mətbuat Şurasının 2011-ci ildə qəbul etdiyi “Xural” qəzetinin “reket qəzet” elan edilməsi və “qara siyahıya” salınması haqqında qərarının qanunsuz hesab olunmasını istəyib.
İddiaçı bunun qəzetin işgüzar nüfuzuna xələl gətirdiyini hesab edərək, məhkəmədən Mətbuat Şurası barəsində səlahiyyətlərin aşılması haqqında xüsusi qərar çıxarmağı xahiş edib.
Lakin məhkəmə ittihamı təmin etməyib. İndi Zeynallı məhkəmənin qərarından yuxarı instansiyalara şikayət vermək və Avropa İnsan Hüquqları Məhkəməsinə qədər getmək niyyətindədir.
* Zeynallı 2011-ci ilin oktyabrında həmin vaxt parlamentin deputatı olan Gülər Əhmədovanın rüşvət tələb etmə şikayəti əsasında həbs olunub. Sonradan Əhmədova özü həbs edilsə də və hazırda fırıldaqçılıq ittihamı ilə istintaq altında olsa da, Zeynallı rüşvət tələb etmə, vergilərdən yayınma və məhkəmənin qərarını icra etməmə ittihamları ilə 9 il azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıb. -16D06-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz