Bunyavirus bu həftə aradan götürülə bilər
Azərbaycanda bunyavirus virusu aşkarlandığı qısa müddətdə simptomatik metodlarla 215 min iribuynuzlu mal-qara müalicə edilib. Dövlət Baytarlıq Xidmətinin müşahidəsi altında 3000 baş xəstə mal-qara qalıb, onlar bir neçə günə sağaldılacaq.
Nazirlər Kabineti 29 avqustda dövlət büdcəsinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinə profilaktik tədbirlər üçün 2 mln 350 min manat ayırıb. Vəsaitlə xüsusi avtomobillər, avadanlıqlar, müalicə preparatları və desinfeksiya vasitələri alınacaq.
DBX mətbuat katibi Yolçu Xanvəli Turan-a bildirib ki, bunyavirus virusu ölkədə iyul ayında yayılıb. Bu virus heyvanlar arasında transmissiya yolu ilə, yəni qansoran həşəratların sancması yolu ilə yayılır. “Bu virusun müalicəsinin elmi metodu yoxdur. Aşkarlandığı halda xəstəlik müddəti 2-3 gün çəkir”, deyə o qeyd edib.
Xəstə heyvanın südündən istifadə etmək olmaz, halbuki virus 70-80 dərəcə istidə məhv olur. Müalocəe dilmiş heyvanın əti yeməlidir, deyə baytarlar bildirir.
DBX-nin 3000-dək heyəti var. 08B
-
- Siyasət
- 2 Sentyabr 2013 19:18
Dünyada
-
Şimali Koreyanın xarici işlər naziri Çxve Son Xi Sankt-Peterburqda keçirilən dördüncü Avrasiya Qadınlar Forumu və BRİKS Qadınlar Forumunda iştirak etmək üçün Rusiyaya uçub, bazar ertəsi Rusiyanın Şimali Koreyadakı səfirliyi bildirib.
-
Ukraynanın Qara dəniz sahilindəki liman şəhəri Odessaya raket hücumu nəticəsində iki nəfər ölüb.
-
FTB, Donald Trampın bazar günü Florida ştatının Vest Palm Biç şəhərindəki qolf klubunda “ehtimal olunan sui-qəsd cəhdinin” hədəfi olduğunu bildirib, bu, Respublikaçı prezidentliyə namizəd həyatına bir sui-qəsd cəhdi yaşayandan cəmi doqquz həftə sonra baş verib. Keçmiş prezident qaydasında olduğunu bildirib.
-
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfəri zamanı bəzi bölgələrdə atəşkəsə razılıq verilməsi və münaqişənin müvəqqəti dondurulmasına dair sülh planını təklif etməyi planlaşdırır, şənbə günü Almaniyanın Bild qəzeti mənbələrə istinadən xəbər verib.
Rəy yaz