Açiq mənbələrdən foto.
Müdafiə Xətti: Ermənistan minalanmış ərazilərin xəritələrini dərhal verməlidir
Bakı/04.06.21/Turan: Müdafiə Xətti hüquq- müdafiə təşkilatı iyunun 4-də iki jurnalistin və bir dövlət qulluqçusunun minaya düşərək həlak olması ilə bağlı bəyanat yayıb.
Susuzluq kəndi Ermənistanla sərhəddən, müxtəlif dövrlərdə fəal hərbi əməliyyatlar aparılan ərazidən 10-12 kilometr aralıda yerləşir. Odur ki, bu ərazidə mina basdırılması heç bir halda hərbi əməliyyatlarla əlaqələndirilə bilməz.
"Ermənistan tərəfi dəfələrlə olunmuş müraciətlərə məhəl qoymayaraq minalanmış ərazilərin xəritəsini verməyib. Özünü münaqişənin dinc yolla həllində səlahiyyətli sayan ölkələrin və beynəlxalq qurumların xəritələrin verilməməsinə anlaşılmaz laqeydliyi təəccüb doğurur", - bəyanatda deyilir.
Hüquq müdafiəçiləri güman edirlər ki, minalar müharibədən sonra basdırılıb ki, bu da insanlığa qarşı açıq terror aktı və cinayətdir.
“Müdafiə Xətti Ermənistan Respublikası rəhbərliyindən və sülhməramlı fəaliyyəti üzərinə götürmüş Rusiya Federasiyasından, münaqişənin həllilə məşğul olmalı olan təşkilatlardan minalanmış ərazilərin xəritələrinin dərhal Azərbaycan tərəfinə verilməsini, Ermənistan rəhbərliyindən işğaldan azad olunmuş ərazilərdə dinc əhaliyə qarşı terrora son qoyulmasını tələb edir”, - bəyanatda deyilir. .—06D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz