Мамед Гарибов
Naxçıvanın daha bir keçmiş naziri həbs edilib
Bakı/09.03.21/Turan: Naxçıvan Muxtar Respublikasının (NMR) keçmiş təhsil naziri Məmməd Qəribov həbs edilib. Baş Prokurorluğun mətbuat xidməti məlumatı təsdiq edib.
Cinayət işinin təfsilatı barədə məlumat verilmir. Qəribov 2016-2018-ci illərdə təhsil naziri vəzifəsində çalışıb. Həbsin prokurorluq tərəfindən həyata keçirildiyini nəzərə alsaq, söhbət ağır cinayətdən gedə bilər.
Elə bu gün prokurorluq Naxçıvanın keçmiş DİN başçısı Əhməd Əhmədovun da həbsi haqqında məlumat yayıb. -06В-
Siyasət
-
Yanvarın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi ilə telefonla danışıb.
-
“Kanal-11” Youtube kanalının rəhbəri Teymur Kərimovun işi üzrə məhkəmə iclaslarının protokolları saxtalaşdırılıb. Bu barədə onun bəyanatında deyilir. Bəyanatı Kərimovun həmkarları yayıblar.
-
Bakı şəhəri Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqlarının gördüyü tədbirlər nəticəsində bir sıra kənd təsərrüfatı məhsulları ixracatçılarının əldə etdikləri pul vəsaitləri ölkəyə qaytarılıb.
-
Yanvarın 22-də Davosda İqtisadi Forum çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub.
Rəy yaz