Polis Kanal 13-ün ofisində axtarış aparır
Bakı/27.11.23/Turan: Kanal 13 Youtube TV-ın direktoru Əziz Orucovun mənzilində axtarış başa çatdıqdan sonra polis bu onlayn resursun ofisində axtarışı davam etdirib.
Bu barədə bazar ertəsi saat 19:00-da Turan agentliyinə vəkil Bəhruz Bayramov məlumat verib. Bu axtarışların səbəbi nə olduğu və polisin Kanal 13 rəhbərinə qarşı iddialarının nədən ibarət olduğu hələlik bəlli deyil. Daxili İşlər Nazirliyi baş verənlərlə bağlı şərh vermir. -0
-
- Sənaye
- 27 Noyabr 2023 20:24
Siyasət
-
İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Rəsədxanası (OPHRD) azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini pisləyib və ona qarşı ittihamların dərhal ləğv edilərək sərbəst buraxılmasına çağırıb.
-
Dekabrın 21-də Müsavat Partiyasının qərargahında mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis olunmuş mükafatın təqdimatı keçirilib. Mükafat hazırda həbsdə olan "III Respublika Platforması"nın (Resplatforma) spikeri Akif Qurbanova təqdim olunub. Müsavat Partiyasının başqanı İsa Qəmbər Qurbanovun Azərbaycanda demokratik, cümhuriyyət dəyərlərinin bərqərar olması uğrunda apardığı ardıcıl mübarizəyə görə bu mükafata layiq olduğunu deyib.
-
Dövlət Departamentinin sözçüsü TURANa bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanda demokratiyanı sarsıtmaqda günahkar olan daha on məmura viza qadağası qoyacaq və bununla da onların ümumi sayı 100-dən çox olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
Rəy yaz