Prezident İlham Əliyev Davosdan qayıdıb
Prezident İlham Əliyev cümə günü axşam Davosdan Bakıya qayıdıb. O, Ümumdünya İqtisadi Forumunda iştirak edib.
Yanvarın 22-də dövlət başçısı “Regionların transformasiyası: Avrasiya” sessiyasında məruzə ilə çıxış edib. Sonra 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarını təqdim edib, dünya siyasi və biznes elitasının nümayəndələri ilə görüşüb.
Əliyev Davosa Almaniyadan gedib. Belə ki, o, həmin ölkədə işgüzar səfərdə olub.
Əvvəlki vaxtlarda İ.Əliyev forum bitdikdən sonra Alp dağlarında xizək kurortunda olurdu. Lakin bu dəfə Davos forumunun bağlanmasını belə gözləməyib.
Güman etmək olar ki, neftin qiymətinin enməsi ilə əlaqədar əlverissiz iqtisadi vəziyyət prezidentdən təxirəsalınmaz qərarların qəbulunu tələb edir.—0-
Siyasət
-
Avropa müşahidəçilər missiyasının “binokl diplomatiyası” qəbuledilməzdir. Bu barədə bazar ertəsi prezident İlham Əliyev Belçika Krallığının yeni səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bildirib.
-
Azərbaycan “Azel” TV saytının təsisçisi, 24 gündür Gürcüstan həbsxanasında aclıq edən Əfqan Sadıqov bu gün Penitensiar Xidmətin xəstəxanasında huşunu itirib. Bu barədə onun xanımı Sevinc Sadıqova bildirib.
-
Bakı Apellyasiya Məhkəməsində bu ilin martında Bakı metropoliteninin deposunda qraffiti çəkən üç əcnəbinin işi üzrə ilkin iclas keçirilib. İclasa hakim İbrahim İbrahimli sədrlik edib.
-
Bu il iqtisadiyyat üzrə Nobel mükafatını "millətlərin rifahındakı fərqləri araşdırdıqlarına" görə Daron Əcəmoğlu, Ceyms Robinson və Saymon Conson alıblar.
Rəy yaz