president.az
Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyətilə görüşüb
Sentyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin açılışında iştirak edib.
Bu ali məktəb 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ üzərində nəzarəti tam bərpa edildikdən sonra dövlət başçısının qərarı ilə yaradılıb.
Əliyev müəllim və tələbələrlə görüşdə Qarabağ Universitetinin yaradılmasını tarixi hadisə adlandırıb.
Universitetin açılışı münasibətilə ali məktəbin yataqxanaları təmir edilib.
Növbəti üç il ərzində yeni tədris korpusları tikiləcək.
Əliyev tarixə qısa ekskurs edərək qeyd edib ki, Xankəndi Azərbaycanın qədim yaşayış məskənidir, bu da "Xan kəndi" toponimindən məlum olur.
Əliyev xatırladıb ki, XIX əsrin əvvəllərində bağlanmış Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri faktiki olaraq regionun sonrakı işğalını şərtləndirib.
Çünki müqavilələr İrandan və Şərqi Anadoludan ermənilərin regiona kütləvi köçürülməsinə zəmin yaradıb.
Lakin Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində işğal olunmuş ərazilər azad edildi, prezident sözlərinə davam edib.
“Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan ordusu dövlət suverenliyini tam bərpa edib. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”, - dövlət başçısı vurğulayıb.
İlk tədris ilində (2024/2025-ci illər) Qarabağ Universitetinə 1000 minə yaxın tələbə qəbul olunub. Onlar 4 fakültədə 20-dən çox ixtisas üzrə təhsil alacaqlar.
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz