Prezident İlham Əliyevin fransalı sahibkarlar ilə görüşü
Bakı/10.07.19/Turan: İyulun 10-da dövlət başçısı İlham Əliyev Fransa sahibkarlarından, MEDEF təşkilatının üzvlərindən ibarət qrupu qəbul edib.
Söhbət zamanı İ.Əliyev qeyd edib ki, Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması üzərində işləyir. Bu, əsas prioritetlərdən biridir. O, fransalı sahibkarları bu proseslərdə iştiraka çağırıb.
Öz növbəsində MEDEF prezidenti Jofrua Ru de Beziö deyib ki, Fransa biznesi Azərbaycana maraq göstərir. Bank işi, energetika, ekologiya, müasir texnologiyalar sahəsində 40 şirkətin nümayəndələri onunla birlikdə Bakıya gəliblər.
"SUEZ" şirkətinin rəhbəri Mari-Anj DÖBON Azərbaycanla su təchizatı sahəsində əməkdaşlığın gedişindən danışıb. O, əməkdaşlığın genişləndirilməsinə və yeni layihələrin reallaşmasına hazır olduqlarını bildirib.
Görüş zamanı energetika, nəqliyyat, kənd təsərrüfatı, bərpa olunan enerji, yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. -02D-
-
- Siyasət
- 10 İyul 2019 16:05
-
- İqtisadiyyat
- 10 İyul 2019 16:50
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz