Kayrat Osmanəliyev
Prezident səfirə ciddi töhmət elan edib
Bakı/23.12.21/Turan: Qırğızıstan prezidenti Sadır Japarov Azərbaycandakı səfir Kayrat Osmonaliyevə ciddi töhmət elan edib. Bu barədə 24.kg Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən bildirib.
Dekabrın 21-də Bakıda Qırğızıstan səfiri ilin yekunlarına dair mətbuat konfransı keçirib. Kayrat Osmonəliyev digər məsələlərlə yanaşı, jurnalistlərə onu da bildirib ki, "Qırğızıstan Mərkəzi Asiya və Zaqafqaziya ölkələrinə Rusiyadan ayrı görüşməyi təklif edib".
"Bu məlumat həqiqətəuyğun deyil və təxribat xarakteri daşıyır", - dövlət başçısının mətbuat xidmətindən bildiriblər.
"Mərkəzlə razılaşdırılmamış və KİV-də bu cür təhrif olunmuş interpretasiya və şişirdilmiş məlumatların yayılmasına əsas yaradan bəyanatlara görə Sadır Japarov Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonalıyevə ciddi töhmət elan edib",- mətbuat xidməti bildirib.—0—
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz