Виталий Мороз (https://t.me/s/milinfolive)
Qarabağda həlak olmuş rusiyalı istehkamçının adı məlum olub
Bak / 20.12.20/Turan: Dekabrın 18-də Qarabağın minalardan təmizlənməsi zamanı həlak olmuş rusiyalı istehkamçının adı məlum olub.
29 yaşlı rusiyalı istehkamçı Vitali Moroz minalardan təmizləmə əməliyyatı zamanı Qarabağda həlak olub, bu barədə "Hərbi informator" teleqramı kanalı məlumat verir.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbçi Şuşaya gedən yolun təmizlənməsi zamanı yaralanıb. Xəstəxanaya çatdırılarkən aldığı xəsarətlərdən dünyasını dəyişib.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiya zabitinin vəfatı ilə əlaqədar Rusiyanın müdafiə naziri Sergey Şoyquna başsağlığı məktubu ünvanlayıb. -0—
-
- Söz istəyirəm
- 20 Dekabr 2020 13:09
-
- Cəmiyyət
- 20 Dekabr 2020 16:54
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz