Qırğızıstan mütəşəkkil cinayətkar dəstənin saxlanılan beş üzvünü Azərbaycana təhvil verib
Qırğızıstan mütəşəkkil cinayətkar dəstənin saxlanılan beş üzvünü Azərbaycana təhvil verib
Qırğızıstan hakimiyyəti "Qırğızıstan rəhbərliyinə sui-qəsd hazırlayan transmilli mütəşəkkil cinayətkar dəstənin beş üzvünü" Azərbaycana təhvil verib.
Rəsmi Bakının sorğusu əsasında onlar Azərbaycan DİN-in nümayəndələrinə təhvil verilib, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bu idarənin məlumatına görə, həmin Azərbaycan vətəndaşları martın 20-də "kriminal təsirlərini, o cümlədən cinayətkar ideologiyalarını yaymaq və möhkəmləndirmək, həmçinin xüsusilə ağır cinayət - sifarişlə qətl törətmək" üçün Qırğızıstana gəliblər.
Xüsusən, onların ölkə rəhbərliyinə sui-qəsd hazırladığı iddia olunurdu. Lakin bu ciddi cinayətin heç bir dəlili və ya şahidi təqdim edilməyib. Eyni zamanda, bu cinayətin təşkilatçılarının niyə mühakimə olunmadığı və istintaq aparılmadan sadəcə olaraq ölkədən deportasiya edildiyi aydın deyil.
Öz növbəsində, rəsmi Bakı hələlik bu faktla bağlı şərh verməyib.
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz