REAL Partiyası rəhbər vəzifələrə seçkilər keçirib
Bakı/30.07.18/Turan: İyulun 28-də Respublikaçı Alternativ (REAL) Partiyasının I Məclisinin iclası keçirilib.
REAL Partiyasının məlumatına görə, iclasda partiyanın rəhbər strukturlarına - partiya Məclisinin başqanı, partiyanın İdarə Heyətinin üzvləri, Məclisin katibi və komitələri təsis edilərək rəhbərləri seçilib.
Azər Qasımlı partiya Məclisinin başqanı seçilib. Natiq Cəfərli icra katibi, Erkin Qədirli xarici əlaqələr katibi, Xalid Bağırov hüquq və seçki katibi, Rəsul Cəfərov insan haqları və humanitar katib, Toğrul İsmayılov insan resursları katibi seçilib.
İnara Manafova partiya Məclisinin katibi seçilib. Məclisin Xarici siyasət komitəsinin başqanı Mübariz Rəhimli, İqtisadi siyasət komitəsinin başqanı Zöhrab İsmayıl, Təhlükəsizlik komitəsinin başqanı Cəsur Sümərinli, Hüquq siyasəti komitəsinin başqanı Vəfa Rüstəm, Sosial siyasət komitəsinin başqanı Toğrul Vəliyev seçilib.
REAL Partiyasının sədri İlqar Məmmədovdur. İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub və 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o hələ də azadlığa buraxılmayıb.
İlqar Məmmədov ittihamı qəbul etmir, siyasi sifariş hesab edir. Hüquq müdafiəçiləri İlqar Məmmədovu siyasi məhbus kimi tanıyırlar.
REAL Partiyası 2009-cu ilin yanvar ayında bir qrup gənc nəsil siyasətçilər tərəfindən Respublikaçı Alternativ Hərəkatı kimi təsis edilib. 2014-cü ilin yanvarında hərəkatın partiya kimi fəaliyyət göstərəcəyi bəyan edilib. 2014-cü ildən başlayaraq Təşkilat Komitəsi partiyanın təsis qurultayının keçirilməsi üçün özəl qurumlara, hökumətə çoxsaylı müraciətlər edib. Təşkilat Komitəsinin müraciətləri nəticə vermədikdən sonra 2018-ci il aprelin 7-8-də REAL-ın təsis qurultayı sosial şəbəkədə yaratdıqları platforma vasitəsi ilə onlayn qaydada keçirilib.
Respublikaçı Alternativ Partiyasının daimi icraedici orqanı İdarə Heyətidir. Təşkilatın əsas proqram sənədlərini və ayrı- ayrı sahələrə aid təkliflər paketlərini hazırlayan daimi orqanı Məclisdir. Təşkilatın ali orqanı qurultaydır.
REAL Partiyası indiki iqtidara münasibətdə müxalifətdə olduğunu bəyan edib.
Partiyanın əsas amalı ölkədə real cümhuriyyət yaratmaq, onu parlament respublikası şəklində qurmaq, ərazi bütövlüyünü bərpa etmək, vətəndaşların azadlığını və təhlükəsizliyini təmin etmək, cəmiyyəti müasir və mütərəqqi dünyagörüşlü, sağlam, bilikli, rəqabətə dayanıqlı, açıq və çevik hala gətirməkdir.-03B-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz