![Apellyasiya Məhkəməsi jurnalistin şikayətini təmin etməyib](https://turan.az/resized/./turan-750-500-resize.webp)
Apellyasiya Məhkəməsi jurnalistin şikayətini təmin etməyib
Bakı/30.07.18/Turan: Sumqayıt Apellyasiya Məhkəməsi "Yüksəliş naminə" qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Elçin Məmmədin şikayətini təmin etməyib. Proses hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilib. Məhkəmə iyulun 4-də keçirilsə də məhkəmənin qərarı iyulun 27-də baş redaktora təqdim edilib. Bu barədə Turan-a Elçin Məmməd bildirib.
Sumqayıt Şəhər Prokurorluğu 2017-ci ilin noyabrında baş redaktora xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, "Yüksəliş naminə" qəzetində (xəbər portalında) və sosial şəbəkələrdə dərc edilən yazılar respublikada iqtisadi sahədə həyata keçirilən islahatların və tədbirlərin üzərinə kölgə salıb və ictimai rəyi çaşdırmaq məqsədi daşıyıb.
Baş redaktor prokurorluğun xəbərdarlığı ilə bağlı yerli məhkəməyə müraciət edib. Yerli məhkəmə E. Məmmədin müraciətini təmin etməyib. Baş redaktor yerli məhkəmənin qərarından apellyasiya şikayəti verib.
E.Məmməd hesab edir ki, prokurorun rəsmi xəbərdarlığı onların informasiya əldə etmək, məlumat yaymaq hüququnu pozur. Həmçinin gələcəkdə ona və əməkdaşlarına qarşı həbs təhlükəsi yaradır.
"Çünki prokuror xəbərdarlıqda göstərib ki, belə hallar təkrarlanarsa, barəsində daha ciddi tədbirlər görüləcək. Yəni, baş redaktor məhz rəhbərlik etdiyi qəzetdə (xəbər portalında) tənqidi yazılar yazıldığı üçün xəbərdarlıq alıb. Belə çıxır ki, biz respublikada keçirilən islahatlar və tədbirləri, ölkənin siyasi durumunu tərifləməliyik, əks halda cinayət məsuliyyətinə cəlb ediləcəyik. Hesab edirəm ki, prokurorun bu hərəkəti bizə qarşı təzyiqlərdən biridir və bu xəbərdarlıq bizi öz rəyimizi məcburi dəyişdirmək niyyəti güdür", - o qeyd edib.
Elçin Məmməd Apellyasiya Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini bildirib. -03B-
-
- Siyasət
- 30 İyul 2018 12:04
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz