Rəsmi Bakı ölkə vətəndaşlarını İrana getməməyə çağırıb
Bakı/24.02.20/Turan: Azərbaycan Nazirlər Kabineti koronavirusun yayılması ilə əlaqədar ölkə vətəndaşlarını İrana səfər etməkdən imtina etməyə çağırıb.
Koronavirus ilə əlaqədar İranda vəziyyəti nəzərə alaraq, Azərbaycan İranla sərhəd-buraxılış məntəqələrində xüsusi rejim tətbiq edib. Fevralın 22-dən məntəqələrdə sanitar-dezinfeksiya işləri aparılır, buna görə sərhəddən keçid ləngiyir. Bundan əlavə, ki, tranzit yüklərin daşınmasına nəzarət gücləndirilib, Nazirlər Kabinetindən bildirilib.
“İranda vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşlarına bu ölkəyə səfəri müvəqqəti təxirə salmağı tövsiyə edirik”, - məlumatda deyilir.-02D-
-
- İqtisadiyyat
- 24 Fevral 2020 16:52
-
- Siyasət
- 24 Fevral 2020 17:11
Siyasət
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, fevralın 2-dən Tbilisi İstintaq Təcridxanasında quru aclıq edən Əfqan Sadıqov çərşənbə axşamı huşunu itirib. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib.
-
Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun işi üzrə hazırlıq iclası olub. İclasa hakim Vuqar İbrahimov sədrlik edib. Mahiyyəti üzrə dinləmələr fevralın 12-nə təyin edilib.
Rəy yaz