Evgeny Primakov
“Rossotrudniçestvo” “Baku” TV-ni məhkəmə ilə hədələyir
“Rossotrudniçestvo”nun (Rusiya Federasiyası humanitar əlaqələr üzrə Dövlət Agentliyi) rəhbəri Evgeny Primakov Azərbaycanın “Baku” TV İnternet- telekanalını məhkəmə iddiası ilə hədələyib.
“Hansısa qızın Azərbaycanın Baku.tv leyblı ilə mənfur reportajı - stendapı ilə tanış oldum. Bakıda bizim Azərbaycandakı Mədəniyyət Mərkəzinin girişində, Rus Evi lövhəsinin qarşısında çəkilib. Reportajda qız utanmazcasıns yalan söyləyir ki, bura casuslar və separatçılar yuvasıdır. Mənə məlum olduğu qədərilə, Baku.tv Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir. Bazar ertəsi biz işgüzar reputasiyanın qorunması barədə məhkəmə iddiası hazırlayacağıq. Mən Azərbaycan hökumətinin maliyyələşdirdiyi kütləvi informasiya vasitəsindən bu böhtan və yalana dair təkzibedilməz sübutları eşitmək istəyirəm. Və ya təkzib və üzrxahlıq", - Primakov teleqram-kanalda yazıb.
O xatırladıb ki, Azərbaycandakı Rusiya Mədəniyyət Mərkəzi iki ölkə arasında hökumətlərarası saziş əsasında fəaliyyət göstərir və müstəsna olaraq, təhsil, mədəniyyət və elmlə məşğul olur.
"İndi, qoy, Baku.tv sübut etsin ki, bu fəaliyyət casus fəaliyyətidir və ya hansısa bir şəkildə qanunsuzdur", - Primakov deyib.
* “Rossotrudniçestvo” Rusiyanın aparıcı agentliyidir, əsas missiyası Rusiyanın dünyada humanitar təsirini gücləndirməkdir. Təşkilat dünyanın 71 ölkəsində 87 xarici nümayəndəlik ilə təmsil olunub. 2021-ci ildən "Rus Evi" qeyri-rəsmi adı alıb.
Rəy yaz
-
- İqtisadiyyat
- 28 Yanvar 2025 15:28
-
- Maliyyə
- 28 Yanvar 2025 15:45
Siyasət
-
23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 25 saylı məntəqəsində səsvermə bitdiyinə baxmayaraq 1 saatdan çoxdur seçki qutuları açılmadığı, səssayma aparılmadığı bildirilir.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri aşağı seçici fəallığı və ciddi mübahisələr fonunda keçirildi. Seçicilər saat 08:00-dan 19:00-a qədər səs verdilər. Mərkəzi Seçki Komissiyası (MSK) prosesin problemsiz keçdiyini bildirsə də, müstəqil müşahidəçilər və müxalifət nümayəndələri seçkilərin şəffaflığı və inklüzivliyi ilə bağlı narahatlıqlarını ifadə etdilər.
-
29 yanvar saat 17-yə olan rəsmi məlumata görə, Azərbaycanda bələdiyyə seçkilərində seçicilərin 28,77%-i səs verib. Bu barədə Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Fərid Orucov bildirib. Onun sözlərinə görə, bu, 1 715 291 nəfər deməkdir.
-
Moskva Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsində yaxşı irəliləyiş olduğunu qeyd edir, bu barədə çərşənbə günü RF-nin baş naziri Aleksey Overçuk jurnalistlərə bildirib.
2 rəy
Путник
2025-01-28
На воре и шапка горит. Тем более с такой фамилией!
Бакинец
2025-01-28
А судьи кто? (С)