![Rusiyanın iqtisadiyyat naziri həbs olunub](https://turan.az/resized/media/2016/main/111400174788-750-500-resize.webp)
Rusiyanın iqtisadiyyat naziri həbs olunub
Noyabrın 15-nə keçən gecə Rusiyanın İstintaq Komitəsi Aleksey Ulyukaevin korrupsiya şübhəsi ilə saxlanılması haqqında məlumat yayıb. Nazir iki milyon dollar rüşvət almaqda şübhəli bilinir.
İstintaq Komitəsinin versiyasına görə, bu pulla Ulyukaev "Rosneft"in" "Başneft"in dövlət səhmləri paketini almasına imkan verən müsbət rəy verib.
İstintaqın rəsmi nümayəndəsinin məlumatına görə, Ulyukaev "rüşvət alarkən yaxalanıb".
İnterfaks-ın mənbəyi bildirib ki, rüşvəti nazirə güc qurumu işçilərinin nəzarəti altında verirdilər.
Rusiya prezidentinin mətbuat katibi Peskov Putinə bu əməliyyat haqqında məlumat verildiyini təsdiq edib. O, həmçinin bildirib ki, Ulyukaevi bir ildən çoxdur izlənilirdi və onun danışıqları və elektron poçtu FTX-nin nəzarəti altında idi. –02D-
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz