Senatorlar və konqresmenlər Blinkeni Bakıdan siyasi məhbusların azad olunmasını tələb etməyə çağırıblar
Senatorlar və konqresmenlər Blinkeni Bakıdan siyasi məhbusların azad olunmasını tələb etməyə çağırıblar
Cümə axşamı 60-a yaxın amerikalı qanunverici dövlət katibi Entoni Blinkinə müraciət edərək COP29 iqlim sammitinə qədər siyasi məhbusları azad etmək üçün Azərbaycan prezidenti İlham Əliyevə təzyiq göstərməyi xahiş edib.
Arasında 10 senator və 48 konqresmenin olduğu qanunvericilər Blinkeni Azərbaycanı siyasi məhbusların azad edilməsi üçün "real tədbirlər" görməyə məcbur etməyə və Ermənistana qarşı "sülh danışıqlarını pozma riski" daşıyan təxribatçı bəyanatları pisləməyə çağırıblar.
"Biz Dövlət Departamentini COP29-da uğurlu diplomatiya üçün daha əlverişli mühit yaratmaqdan ötrü etnik ermənilər də daxil olmaqla, bütün siyasi məhbusların, girovların və hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsinə nail olmağa çağırırıq", - məktubda deyilir.
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz