Açiq mənbələrdən foto.
Sərhədçilər Ermənistanla sərhəddə 140 döyüş mövqeyi yaradıblar
Bakı/06.10.23/Turan: 2020-ci ilin noyabrında İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Zəngilan, Qubadlı və Laçın rayonunun bir hissəsində Ermənistanla şərti dövlət sərhədində sərhəd xidmətinin 19 hərbi hissə kompleksi yaradılıb.
Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev rəsmi "Azərbaycan" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, 140 sərhəd-döyüş məntəqəsi, "Eyvazlı" və "Qazançı" buraxılış məntəqələri tikilib.
2456 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. 1530 ədəd piyada və 1762 ədəd tank əleyhinə mina, 294 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 05В06
Siyasət
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
-
Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin 141-ci doğum günüdür. Bu gün Müsavat Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Milli Şuranın fəalları Rəsulzadənin anadan olduğu Bakının Novxanı kəndindəki abidəsi önündə anım tədbirləri keçiriblər.
Rəy yaz