Açiq mənbələrdən foto.
Azərbaycan və İran Şərqi Zəngəzurda sərhəd körpüsünün tikintisinə başlayıblar
Bakı/06.10.23/Turan: Bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsində Azərbaycandan İrana Araz çayı üzərində avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib.
Layihə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında İran ərazisilə yeni kommunikasiya əlaqələrinin yaradılması haqqında Azərbaycan-İran hökumətlərarası memorandumuna uyğun olaraq həyata keçirilir.
Körpünün tikintisilə eyni vaxtda sərhəd-gömrük infrastrukturu da yaradılacaq.
Mərasimdə iqtisadi əməkdaşlıq üzrə ikitərəfli dövlətlərarası komissiyasının azərbaycanlı həmsədri, baş nazirin müavini Şahin Mustafayev və komissiyanın iranlı həmsədri, yollar və şəhərsalma naziri Mehrdad Bazrpaş iştirak ediblər.
Onlar öz çıxışlarında qeyd ediblər ki, yaradılan avtomobil və sərhəd-gömrük infrastrukturu obyektləri yükdaşımaların artırılmasına xidmət edəcək və Naxçıvan Muxtar Respublikasına giriş-çıxışı asanlaşdıracaq.
Tikinti başa çatdıqdan sonra yeddi zolaqlı avtomobil körpüsündən hər gün ən azı 1100 avtomobil keçə biləcək. 06B
Siyasət
-
ATƏT-in Minsk Qrupu və onunla bağlı institutlar ləğv edilməlidir, bu barədə cümə günü keçirilən brifinqdə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Cənubi Qafqazda Fransanın diplomatik mirasına dair kəskin müzakirə fonunda, cümə günü Bakıda beynəlxalq konfrans keçirildi və bu tədbirdə Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki rolu qiymətləndirildi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilən tədbir, Azərbaycanın uzun müddətdir Fransanın Ermənistana qarşı tarixi tərəfkeşliyindən narahatlığını vurğuladı.
Rəy yaz