Serj Sarkisyan İlham Əliyevlə görüşdən imtina edib
Yerevan/27.11.12/Turan-Arminfo: Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu ilin dekabr ayında Parisdə Ermənistan və Azərbaycan prezidentləri arasında görüş keçirilməsi haqqında təşəbbüsünü qəbul etməyib. Bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumatlı mənbələrə istinadla xəbər yayıb.
Nəşrin məlumatına görə, Ermənistan prezidentinə bu təklif vasitəçilərin regiona sonuncu səfəri zamanı edilib, lakin Sarkisyan Əliyevlə görüşü mənasız hesab edib. Qəzet qeyd edir ki, iki ölkə prezidentinin görüşü 6 ay müddətinə təxirə salınıb. -02D-
-
- İqtisadiyyat
- 27 Noyabr 2012 15:01
-
- İqtisadiyyat
- 27 Noyabr 2012 15:32
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz