Açiq mənbələrdən foto.
Sumqayıt Ukraynaya 50 ton humanitar yardım göndərib
Bakı/05.07.22/Turan: İyulun 5-də Sumqayıt şəhərinin sakinləri Ukraynanın Çerkası şəhərinin sakinləri üçün 50 ton humanitar yardım göndəriblər.
Humanitar yardıma ərzaq məhsullarıı (uşaq qidaları), məişət və tibbi materiallar (dərmanlar da daxil olmaqla), həmçinin geyim daxildir, Sumqayıt Şəhər İcra Hakimiyyətinin məlumatında bildirilir.
Humanitar yük Varşava aeroportuna, oradan Ukraynaya göndəriləcək.
Yardım Çerkası vilayət administrasiyasının xahişilə hazırlanıb. Çerkası Sumqayıtla qardaşlaşmış şəhərdir. 02D
-
- Siyasət
- 5 İyul 2022 10:45
-
- İqtisadiyyat
- 5 İyul 2022 11:18
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz