Talış separatçı Azərbaycanın tələbi ilə Moskvada saxlanılıb
Moskva/10.09.18/Turan: Sentyabrın 6-da Moskvanın Lyuberetski rayonunda talış separatçı Fəxrəddin Aboszoda (Abbasov Fəxrəddin Fərman oğlu) həbs edilib. Onun barəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən AR CM-in 281.2, 283.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmək (ayrı-seçkilik salma və dövlətçiliyə qarşı çağırış) ittihamı ilə axtarış elan olunmuşdu.
Sentyabrın 7-də Moskvanın Lyuberetski məhkəməsi onu bir ay müddətinə həbs edib.
Aboszodaya qarşı cinayət işi 12 iyul 2018-ci il tarixində Bakı şəhəri Səbail Rayon məhkəməsi tərəfindən açılıb və onun barəsində beynəlxalq axtarış elan olunub.
1994-cü ilə qədər Fəxrəddin Aboszoda BDU-da dərs deyib, 1993-cü ildə "Talış Muğan Respublikası parlamentinin" sədri seçilib.
1994-cü ildə Rusiyaya mühacirət edib. 2005-ci ildə qayıdıb və talış dilində qəzet buraxmağa başlayıb, amma yenidən Rusiyaya gedib.
2010-cu ilin sentyabrında RF hakimiyyəti ona müvəqqəti sığınacaq verib, 2014-cü ildə isə o, xarici vətəndaş üçün oturum izni alıb.
Qeyd edək ki, Aboszoda Azərbaycan əleyhinə çıxışları ilə məşhur idi, Bakını talışların assimilyasiyasında ittiham edirdi. O, həmçinin tez-tez erməni mətbuatında çıxış edir, Azərbaycanı Qarabağın erməni əhalisinin hüquqlarını pozmaqda ittiham edir və separatçı hərəkata bəraət qazandırırdı. -02D-
-
- İqtisadiyyat
- 10 Sentyabr 2018 16:41
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz