Bakıda TRASEKA-nın Katibliyi ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı memorandum imzalayıb
Bakı/10.09.18/Turan: TRACECA hökumətlərarası komissiyasının və Orta Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutunun (CAREC) daimi katibliyi əməkdaşlıq barədə razılığa gəliblər.
Tərəflər arasında Anlaşma Memorandumu bu gün Bakıda imzalanıb.
Sənədi TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Mirça Çiopraqa və CAREC-in direktoru Bayaraa Sanjaasuren imzalayıb. Tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpusun nümayəndələri və ekspertlər iştirak edib.
""TRACECA və CAREC ölkələrinin əksəriyyətində nəqliyyat şəbəkələri modernləşdirilməlidir və ictimai fondlarla təmin olunmayan nəqliyyat sistemlərinin yaxşılaşdırılması üçün əhəmiyyətli maliyyə resurslarına ehtiyac var". Bu baxımdan TRASEKA və CAREC beynəlxalq maliyyə institutları ilə yaxından əməkdaşlıq edəcək və maliyyə sektorunda və idarəetmədə özəl sektorun iştirakını təşviq edəcək", - deyə Çopraqa bildirib.
TRACECA Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada AB və tərəfdaş ölkələr arasında nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq proqramıdır. 13 iştirakçıdan ibarət olan təşkilatın Bakıda daimi katibliyi var.
Avropa Komissiyası uzun illər TRACECA-nın etibarlı tərəfdaşı olub. İndiyədək Avropa Komissiyası TRACECA proqramı çərçivəsində ümumi olaraq 187 milyon avrodan artıq 85 layihə maliyyələşdirib. Bu layihələr beynəlxalq maliyyə qurumlarından böyük investisiyalar, nəqliyyat infrastruktur layihələri üçün 4 milyard avrodan çox vəsait cəlb etməyə kömək edib.
1997-ci ildə yaradılan CAREC proqramı 11 ölkənin - Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan və altı çoxtərəfli institutun - Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Dünya Bankının tərəfdaşlığını nəzərdə tutur.
Yunanıstan və Litva TRACECA Hökumətlərarası Komissiyasında müşahidəçi statusuna malikdir.
2002-ci ildə CAREC proqramına qoşulduqdan sonra Azərbaycan proqrama 3 milyard dollar investisiya qoyub. -0--
-
- Böyük Şərq
- 10 Sentyabr 2018 15:57
-
- Siyasət
- 10 Sentyabr 2018 16:28
İqtisadiyyat
-
Dekabrın 21-də Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb.
-
Yüzlərlə yük maşını Qazaxıstanın Kurık limanında ilişərək Azərbaycana bərə ilə keçmək üçün bir neçə gün gözləyir, lada.kz portalı xəbər verir. Bu durğunluq bərələrin azlığı, əlverişsiz hava şəraiti və Rusiyaya qarşı sanksiyaların genişlənməsi səbəbindən marşrutların dəyişdirilməsi ilə əlaqədardır.
-
Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) üzvləri son üç il ərzində Azərbaycanın iqtisadiyyatına 61,3 milyon manat sərmayə yatırıb. Bu barədə "MÜSİAD Azərbaycan" İdarə Heyətinin sədri Rəşad Cabirli mətbuat konfransında bildirib.
-
Qlobal iqtisadiyyat davamlı problemlərlə üzləşdiyi bir vaxtda, Çin ilə Azərbaycan arasındakı ticarət azalma tendensiyalarını üstələyərək əhəmiyyətli artım nümayiş etdirib. Azərbaycanın rəsmi statistikasına əsasən, 2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 3,1 milyard ABŞ dollarına çatıb. Yalnız 2024-cü ilin ilk on ayında ticarət həcmi illik hesablamada 17,1% artaraq 3,02 milyard ABŞ dollarına yüksəlib və illik ticarət göstəricisinin rekord səviyyəyə çatacağı gözlənilir.
Rəy yaz