Tehran yaxınlığında Xomeyninin Ev Muzeyi yandırılıb
Bakı/18.11.22/Turan: Ötən gecə etirazçılar İran İslam inqilabının banisi İmam Xomeyninin Tehran yaxınlığındakı ev-muzeyini yandırıblar. Binaya nə qədər ziyan dəydiyi məlum deyil.
İranda artıq üçüncü aydır ki, hökumət əleyhinə nümayişlər dayanmır. Etirazçılarla polis arasında toqquşmalar zamanı yüzlərlə insan həlak olub. Son günlər öldürülənlər arasında doqquz yaşlı uşaq da var. İranda hicab taxma qaydalarını pozduğu iddiası ilə polis tərəfindən saxlanılan qadının ölümündən sonra qəzəb dalğası səngimir.
Kütləvi nümayişlərə son qoymaq üçün hakimiyyət artıq bir neçə nümayişçini ölüm cəzasına məhkum edib. Hakimiyyət orqanlarının 1500 etirazçını həbs etdiyi bildirilir. -0-
-
- Sual-cavab
- 19 Noyabr 2022 08:34
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz