Sevinc Vaqifqızı
Vəkil həbsdə olan jurnalistin əlində zədələnmə olduğunu təsdiq edib
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media-nın baş redaktoru Sevinc Vaqifqızı müəssisənin kameralarında pəncərələrin bağlanmasına etiraz edərkən əli zədələnib. Bu barədə Turan-a noyabrın 18-də ona baş çəkən vəkil Aqil Layıc bildirib.
Onun sözlərinə görə, Vaqifqızının saxlanıldığı kamerada rejimin qaydalarına uyğun olaraq qapılardakı pəncərələr bağlanıb. "Məhbuslar etiraz əlaməti olaraq qapılara vurmağa başlayıblar. Sevinc də pəncərəni açmağı xahiş edib. Pəncərə açıldıqdan o, əlini çıxarıb və kamerada epilepsiya xəstəsi və digər xəstələrin olduğunu, onların nəfəs almaqda çətinlik çəkdiklədini bildirib", deyə vəkil qeyd edib.
Onun sözlərinə görə, Vaqifqızı nəzarətçi pəncərəni çırpdıqda əlinin zədələdiyini bildirib.
Sonradan pəncərə məsələsi həll olunub, deyə vəkil əlavə edib. O, jurnalistin ruh yüksəkliyini qoruyub saxladığını və onu dəstəkləyən hamıya salam dediyini bildirib.
Öz növbəsində, Penitensiar Xidmətdən Turan-ın sorğusuna cavab olaraq bildiriblər ki, "Sevinc Abbasova (Vaqifqızı), Elnarə Qasımova və Nərgiz Absalamova Bakı İstintaq Təcridxanasında saxlanıdlıqları müddətdə təzyiq, içgəncə, qeyri-insani rəftar və ya ləyaqəti alçaldan davranışa məruz qalmayıblar, onların hüquqlarına zəmanət verilib və qanuni maraqları qorunur".
Vəkil Aqil Layıc görüş haqqında ərizəni iş gününün sonunda verdiyinə görə (15 noyabr) onun müvəkkili ilə məxfi görüşü üçün ertəsi gün şərait yaradılıb.
"Qanunda nəzərdə tutulmuş məhdudiyyətlər istisna olmaqla, İstintaq Təcridxanasında saxlanılan hər bir şəxs həftədə iki dəfə 15 dəqiqəyə qədər telefonla danışmaq hüququna malikdir", deyə idarədən bildiriblər.
-
- İqtisadiyyat
- 18 Noyabr 2024 16:15
Siyasət
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
Rəy yaz