
Xankəndində onlarla silah, minlərlə patron aşkar olunub
Son bir həftə ərzində polis Xankəndində onlarla müxtəlif növ atıcı və soyuq silah, minlərlə patron aşkar edib.Azərbaycan DİN-in məlumatına görə, 27 aprel-3 may tarixləri arasında Xankəndi şəhəri ərazisində 33 avtomat silahı, 1 pulemyot, 10 tapança,14 tüfəng, 1 qumbaraatan, 59 qumbara, 34 alışdırıcı, 397 patron darağı, 7888 ədəd müxtəlif çaplı patron, 1 qutu trotil, 27 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Rəy yaz