Xələf Xələfov
Xələf Xələfov prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib
Bakı/24.07.23/Turan: Azərbaycan prezidenti İlham Əliyev Xələf Xələfovu xarici işlər nazirinin müavini vəzifəsindən azad edib.
Dövlət başçısının digər sərəncamı ilə Xələfov Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
Xələf Xələfov karyeralı diplomatıdır. 25 ildən çoxdur (qısa fasilə ilə) xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.
Eyni zamanda, prezidentin Xəzər dənizi və sərhəd məsələləri üzrə xüsusi nümayəndəsi missiyasını yerinə yetirib.—16B-
-
- Maliyyə
- 24 İyul 2023 14:41
Siyasət
-
“Müharibə Ukraynanın 3 milyon hektardan çox meşəsini məhv edib. Bizdə hər gün meşə yanğınları olur, su və torpaq ehtiyatlarımız çirklənir”.
-
Dünyanın bütün ölkələri bu onillik ərzində hər il emissiyaları 9% azaltmalıdır ki, qlobal istiləşmə 1,5 dərəcə Selsi səviyyəsində məhdudlaşdırılsın, BMT-nin Baş katibi Antonio Quterreş noyabrın 19-da Rio-de-Janeyroda keçirilən G20 Sammitində bəyan edib.
-
Noyabrın 19-da Səbail Rayon Məhkəməsi talış tarixinin tədqiqatçısı İqbal Əbilovun ilkin həbs müddətinin daha 4 ay uzadılması ilə bağlı istintaqın vəsatətini təmin edib. Bu barədə Turan-a vəkil Rövşanə Rəhimova bildirib.
-
Noyabrın 19-da COP29 çərçivəsində "İqlim ədaləti mülki məkan və əhəmiyyətli iştirak olmadan mümkün deyil" mövzusunda debatlar keçirilib.
Rəy yaz